Bacarsan...
Bacarsan baharı əylə,Payz özü gələcəkdir.Ömrə yağışla, küləkləPayız özü gələcəkdir.
Düşəcəkdir haldan-hala,Çıxacaqdır yoldan-yola.Bir gün kövrək addımlarlaPayız özü gələcəkdir.
Ötən günə edib vida,Naxış salıb, yerə, yurda.Qızıl əsa tuta-tuta,Payız özü gələcəkdir.
Sinəsində söz dünyası,Od dünyası, köz dünyası,Nağıl olub yaz dünyası,Payız özü gələcəkdir.
Yoxuşları aşa-aşa,İli ilə qoşa-qoşa.Dönüb qanadlı bir quşaPayız özü gələcəkdir.
Çatdıq ömrün yarısına,Qalan ömrü ayrı sına,Saçımızın qarasınaPayız özü gələcəkdir.
Alovlanıb yana-yana,Yanıb, sönüb, dona-dona.Səni, məni ana-anaPayız özü gələcəkdir.
Bacarsan baharı əylə,İlləri, ayları əylə.Ömrə yağışla, küləkləPayız özü gələcəkdir.Payız özü gələcəkdir...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-bacarsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömür kitaba bənzər,Bəzən sona yetməmiş
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Mən tənha deyiləmÇox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.
On səkkiz yaşınız qayıdır geri1941-45-ci illər müharibəsində*iştirak edən bacılarıma*