Çox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.Tənhalıq yaraşmır çinara belə,Tənhalıq yaraşmır çiçəyə, gülə...Tək qalan dağın da dərdi dağ olar,Tək qalan bulağın gözləri dolar.Yaş tökər gözündən hey gilə-gilə,Tənhalıq dərdindən o gələr dilə.Siz ey yollarıma hey baxanlarım,Siz ey mənim üçün darıxanlarım,Heç zaman mən tənha qalmıram, düzü.Bu fikir yormasın ürəyinizi.

Qalıram “filçəkməz” kədərlərimlə,Qalıram ümidli səhərlərimlə.Mən yollar gedirəm, yollar aşıram,Narahat fikrimlə qoşalaşıram.Məndən soruşsalar əgər nəyim var.Deyərəm işıqlı bir ürəyim var.O, mənim dünyamdır, sahilsiz dünyam.Onu dinləməkçün hər an yoldayam...Ey duyan insanlar, ey mərd insanlar,Siz ey mənə məndən əziz olanlar,Dinləyin sahilsiz, dəniz dünyamı...Bu qəmli dünyamı, qəmsiz dünyamı...Dinləyin, dinləyin, bilin hardayam,Mən tənha deyiləm, bu torpaqdayam.Bu diyardayam...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri