Əlvida, əlvida, ey çöllər, düzlər,Əlvida, əlvida, körpə nərgizlər.Əlvida, ey qızıl laləli dağlar,Əlvida, ey yaşıl bağçalar, bağlar.Əlvida, ey göyün qövsü-qüzehi,Əlvida, ey yazın ətirli mehi.Əlvida, ey doğma yollar, yoxuşlar,Əlvida, sizə də ey qaranquşlar.Əlvida, ey suyu məlhəm bulaqlar,Əlvida, ey şirin nəğməm bulaqlar,

Əlvida, sizə də ocaq daşları,Əlvida, sizə də yaz yağışları.Qalsın görüşümüz gələn bahara,İndi qızıl payız çıxıb yollara.İndi payız açmış öz sərgisini,Payız nəğmələri səsləyir məni...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar