Səni neçə şair saldı nəğməyə,Növbə mənə çatdı indi, Savalan.Sənə arxam deyə, ümidim deyə,Könlüm qanadlandı, dindi, Savalan.

Ümidim olsa da görüşümüzə,Yenə də ürəyim döndü bir közə,Ovutmaq istədim, baxmadı sözəSinəmdə şişməyə döndü, Savalan.

Kaş ayağın altda gül də, çiçək dəBir süfrə açaydı al-əlvan rəngdə.Yediyim bir tikə pendir, çörək dəDeyəydim canıma sindi, Savalan.

Sən bizim ellərin vüqar rəmzisən,Müdrik babaların müdrik sözüsən.İgid oğulların odu, közüsən,Kim deyir atəşin söndü, Savalan?

Vətən dağlarının ağsaqqal dağı,Gah ayrılıq dağı, gah vüsal dağı.Sabahkı günlərin istiqlal dağı,Demə bu nə aydı, gündü, Savalan.

Demə bu arzudur, xəyaldır, sözdür,Əriyən gecədir, doğan gündüzdür.Sənin peşmək qarın noğulumuzdur,Neynirik noğulu, qəndi, Savalan.

Ayağın altına düzərəm xonça,Yığılar dövrənə qız, gəlin, qoca.Səndən güc alaram, səsim çatıncaSəslərəm şəhəri, kəndi, Savalan...

Kim deyir köməksiz, naəlac oldu,Kim deyir gəlmələr ondan bac aldı?Gah yumruğa döndü, gah qılınc oldu,Düşmənin başına endi Savalan.

Dözürəm ümidlə həsrət acıma,Qarlar birəm-birəm qonur saçıma.Mən şirin xəyalda, birdən bağçamaBir körpə qaranquş endi, Savalan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri