Hər kimin cananı kim, bir əhli-ürfan olmaya
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.
Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya.
Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün,Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.
Afəti-badi-fənadən dağıla, bərbad ola,Ol bina ki, onda bir zülfi pərişan olmaya.
Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə,Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya?
Məqtə — şairin təxəllüsü olan son beyt. Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl,Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-her-kimin-canani-kim-bir-ehli-urfan-olmaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mənim sənə sədaqətim təmizdi,sən də mənə etibarı itirmə.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
MərdMənim bu müşkül dərdimə kim dözüb dayana mərd,Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.