Şamama
Can verib yüz minnət ilə almışam,Göndərirəm səni yarə, şamama!Tazə tağdan üzülübsən, oxşarsanYarın qoynundakı narə, şamama.
Cismin nə nazikdir, gül bədən kimi,Bir xoş qoxun gəlir, yasəmən kimi,Nədən saralıbsan sən də mən kimi,Nədir dərdin, ey biçarə şamama?
Haqdır, səndə vardır xeyli nəzakət,Yarın şamaması bir qeyri babət;Qorxuram çəkəsən külli xəcalətDursan onla bərabərə, şamama .
Yarın şamaməsi oxşar şəkərə,Heyran olur mələk, əgər göstərə,Yaraşıqdır ağ sinəsi mərmərə,Qılıb cox ciyərlər parə, şamama.
Giribandan nagah olandı aşkar,Dağılır ağılın, huşum – hər nə var,Xəstə Vaqif tifil kimi qan ağlar,Neçün qılmazsan bir çarə, şamama?
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-samama-can-verib-yuz-minnet-ile-almisam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,
Bir nimtənə kim, ta ola zərbəftü nikutərBir nimtənə kim, ta ola zərbəftü nikutər,Diba ona möhtac,
Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaqSən qönçə kimi hər bir edən demdə yaşınmaq,Artar bizə yüz mertebo odlanna yanmaq.
Ya rəbbi, bu şəhrə, o üzü mah gələydiYa rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,
Başqa şairlərin şeirləri · Eşq
Dedim: Dilbər, getmə, bir də danışaq,Dedi: Sözüm yoxdu, bəhanədi bu!
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.