Dedim: Dilbər, getmə, bir də danışaq,Dedi: Sözüm yoxdu, bəhanədi bu!Dedim: Bir nəzər qıl aşıq halmaDedi: Əcəb dəli-divanədi bu!

Dedim: Ey vay, halım yaman olubdu,Dedi: Qəmdən belin kaman olubdu,Dedim: Vallah, sinəm meydan olubdu,Dedi: Mən bilmənəm, xəzanədi bu!

Dedim: Qoy gözümə qıvrım tellərin,Dedi: Lazım deyil, vəhşi güllərin,Dedim: Sən bizimsən, biz də ellərin,Dedi: Aldanmaym, biganədi bu!

Dedim: Sənə aşiq olan can budu,Dedi: Sənin eşqin axar bu sudu,Dedim: Cavan ömrüm çürüyüb budu,Dedi: Əbəs sözdü, əfsanədi bu!

Dedim: Qurbaniyəm yarın adma,Dedi: Elə sənsən düşən yadına,Dedim: Mən ha yandım eşqin oduna,Dedi: Şama yanan pərvanədi bu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq