Şu kafər çeşmi gördüm İstefadə,Ülumi andan etdim istifadə.

Ki, ana bənzər dəxi bir büt bulunmazXətavü Çinü Rumü İstivadə.

Şu kəcbaz zülf aldı iki ruh müft,Dəxi sürməzdən ol xali piyadə.

Sən, ey saqi, əlümə sun, səhər dur,Səbu - sağər, piyalə - cami-badə.

Düz, ey mütrib, rübabü çəngini rastİraqü İsfahan ilə Nəvadə.

Gəl, ey sufi, iki kövnin səfasınDilərsən, istə, bul cami-səfadə.

Anın çün hörməti məlum olunduKitabi-İsa, Musa, Mustafadə.

Dolaşdı can səri-zülfünə yarın,O müşkil üqdəyi istər güşadə.

Bu könlüm dərdini sordum təbibə,Ləbidir, der, dəva darüşşəfadə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Həbibi, gər dilərsən ömri-baqi,Özünü fani et darül-fənadə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq