Türreyi-tərrarını sən edəlidən piçü tab,Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.

Valehü heyran olur, hər kim görür gün yüzünü,Sən necə hurü mələksima bəşərsən, ey şəbab.

Ruxlarınla arizin hər kim görürsə der rəvan,Zi əcəb qüdrət ki, atəş yanarü həm axar ab.

Pərtövi-hüsnü cəmalın aləmi rövşən qılır,Sən doğaldan can gögündə, ey qəmərrux, afitab.

Ol siyəhdil mənlərindən əqli-dildir münfəil,Şol pərişan sünbülündən cana irər iztirab.

Şəhpəri-ərş-aşiyanın, yəni ğəmzən, ey sənəmMəkr ilə yıxdı cəhanı, [aləmi] qıldı xərab.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibi, ol həbibin dərdi-eşqi-suzunuCanü könlün yoldaş eylə kim, budur xeyrül-məab

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq