Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.
Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən,Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq?
Ayağım kəsməzəm laf ursa min səg yar kuyində,Nə surət göstərir ol, surəti-əğyardən artıq.
Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm,Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Vüsali-yardən gər müddəi yüz müddəa eylər,Vidadi xəstənin könlündə yox didardən artıq.
Kitabxana.az · https://kitabxana.az/works/vidadi-yanan-esq-atesine-qem-yemez-ol-narden-artiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Ey həmdəmim, gəl ki, gedər can durmazEy həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.