Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.

Könül şəhbazını əldən uçurdum, taqəti getdi,Düşüb pərvazə meyil etməz, sınıbdır pərrü bal, ağlar.

Mənəm o bağibani-baği-möhnət kafəti*-dövran,Yıxıb gülzari-ömrümdən necə tazə nihal, ağlar.

Sirişkimlə xəyalım yadigari-ruzi-firqətdir,Budur, vəchi ki, onu saxlaram hər mahü sal, ağlar.

Əziza, qaldı həsrət həşrə tək didar didarə,Kəsildi hər tərəfdən, yox bir ümmidi-vüsal ağlar.

Demən fəryadi-zərimdə əbəs dağlara ün düşmüş,İtirmiş gözlərim səyyadi bir türfə qəzal, ağlar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çətindir can bədəndən cismi-tər yanından ayrılmaq,Odur bu gündə düşdükcə, Vidadi xəstəhal ağlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran