Canım təbib, gözüm loğman,Mənim dərdim ara tez-tez.Bu dərd məni çox incidir,Sızıldayır yara tez-tez.

Sevdim gözəllər muyunu,Heç kəsə verməz oyunu,Tülək-tərlanın oyunuQismət etmə sara tez-tez!

Qurbani ağlar eldən ötrü,Bülbül ağlar güldən ötrü,Bircə nazik beldən ötrü,Günüm keçdi qara, tez-tez.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri