Bir nimtənə kim, ta ola zərbəftü nikutər,Diba ona möhtac,Mətnində tamam rabitə mövzunu sərasər,Tək haşiyə qıyqac;Üstündə onun aşiqü məşuq müsəvvər,Dil şövqünə minhac;Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,Nəzzarəsi bəhhac;Tiri-nəzəri-əhli-təmaşayə müqərrər,Hər butəsi amac;Içində onun şölə verə tələti-dilbər,Ta bəndeyi-vəhhac;Görən deyə bu mahdır, ol çərxi-pürəxtər,Ya bəhri-pürəmvac;Kəbə evinin örtüyünə duta bərabər,Simasını hüccac;Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər,Bizdən qəmi ixrac;Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər,Könlü edə tarac.

Şənü əşrəfi xələti-şahanədən artıq,Pirayeyi-şövkət;Fərrü fərəhi zibi ərusanədən artıq,Sər dəftəri-ziynət;Tənü tərəbi nəşəyi-peymanədən artıq,Zövqi-meyi-cənnət;Zər düymə giribanına dürdanədən artıq,Mənzum ola, əlbət;Əqli gedə, sərxoş divanədən artıq,Onu geyən övrət,Dönə ərinin başına pərvanədən artıq,İşlər tapa surət;Zülfə bu dönüm sarmaşa əl şanədən artıq,Candan çıxa həsrət;Oxuna bucaqlarda kütubxanədən artıq,Ehkami-şəriət;Tərifi düşə dillərə əfsanədən artıq,Ta ruzi-qiyamət;Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər,Cümləsinə sərtac.

Ol vaxt ki, şod hazirü mövcudü mühəyya,Inrəxti-dilaviz,Bayəd ki, fürüstadə şəvəd zud bəincaƏz peyk səbükxiz,Əz bəhri-hüsuləş binişin, fikri bifərmaGu çareyi-təcviz,Nəleyn-bə papuş ze-ahən bəkəf əmmaDərgir əsa niz,Ziri-qədəm əfkən həmə məxluq sərapaBa nikü bəd amiz,Mipors zi-hər millətü hər cins, xüsusaƏz mərdümi-Təbriz,Rov zəhməti, imruz bikəş əz peyi-fərdaEy puri-dilaviz!Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əslaBi pərdəvü pəhriz,Tən deh bəqəza baş peyapey peyi-sevdaMəngəh bə digər niz,Ta anki bizayi pesəri ey Əbu-CəfərÇün düxtəri-sərrac.

Zahir ki, mənə tənü təərrüz yetən eylər,Yəni ki, flani,Imdən geri arayişi-əsbabi-zən eylərTevri-Sefəhani,Bu bidəti nə ləzgi və nə şahsevən eylərNə kürdi-Kolani,Derlərdi ki, külfətlərinə pirəhən eylərKirbasü kətani,O böylə deyildi görəsən ki, nədən eylər,Kim azdırıb ani;Seyrani gülüstanə məgər ki, gələn eylərTəğyir həvanı,Özün ki, qocalmış kimi xoy dəyşirən eylərOğlani-zəmanı,Rişxənd edibən daxi neçün çöp dərən eylərHatəm xan ağanı,Neylim, tuturam mən qələt anı deyən eylərFərmani-xudanı,Böylə buyurubdur ər edə övrətə zivərOl xaliqi-əzvac.

Vaqif ər olan övrətə heyran necə olmaz,Çağ etsə damağın?Heyran ki, olur bəndeyi-fərman necə olmaz?Sözün sölə sağın.Sevməzmi, nə sözdür, dili suzan necə olmazPərvanə çirağın?Dönməzmi hübabə, evi viran necə olmaz,Yıxmazmı otağın?Həmdəmsiz igid çaki-giriban necə olmaz,Açmaz yaxa bağın?Al qana boyar, qərqeyi-tufan necə olmaz,Göz qarasın, ağın?Qönçə dəhənin görməsə, giryan necə olmaz,Xəndan dodağın?Ol xanəxərabın ciyəri qan necə olmaz,Boş görsə qucağın?Peşkəş belə yoldaşına baş, can necə olmaz?Onun ki, ayağınGötürmüş ola çiyninə peyğəmbəri-sərvərOl sahibi-merac.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri