Yoxdur
Kür qırağının əcəb seyrangahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!Ucu tər cığalı siyah tellərinHərdən tamaşası, hayıfki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,Gözüdür Aranın, cümlə-cahanın,Belə gözəl yerin, gözəl məkanınBir gözəl obası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,Lalə zənaxdanlı, qönçə dodaqlı.Amma şirin dilli, açıq qabaqlı,Könül aşinası, hayıf ki, yoxdur!
Havasından torpağımın, yerinin,Dadızmaz dəhanın, ləbi-şirinin,Pəri çoxdur, nə fayda heç birininAdamlıq ədası, hayıf ki, yoxdur!
Ucu eşrəfili, bulut kimi saç,Dal gərdəndə hər hörüyü bir qulac,Kəlağayı əlvan, qəsabe qıyqac,Altında cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,Xallar üz yanında, çənə üstündə,Buxağın altında, sinə üstündə,Zülfün bunılması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,Yaşmağı tutmağa dişə, dodağa,Cəllad kimi durub qabaq-qabağaBaxıb can alması, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,Bilirəm tərzini hər üsulların,Gümüş biləklərin, bəyaz (ağ)qolların,Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdən camal görməsi,Zülfə, zənəxdana sığal verməsi,Səhər ala gözün siyah sürməsi,Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfii kərəmlər,Belə yerdə qalan, vallah vərəmlər.Yenə yada düşər bizim sənəmlər,Getməyin binası, hayıf ki, yoxdur!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-yoxdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərasər bir yerə yığılsa xublar,Sənin bir muyinə tay ola bilməz.
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
AyrıldıqXeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.
AşiqəmBir əndamı nəsrin, dodağı qönçə,Bir qaməti gülbün yara aşiqəm.
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Mənimki sözdür, sizinki para...Siz rüşvət alan, mən şer yazan,Möhtəkir hara, sənətkar hara?!
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,