Aşiqəm
Bir əndamı nəsrin, dodağı qönçə,Bir qaməti gülbün yara aşiqəm.Olsa yüz üzü gül, girməz eynimə,Mən ancaq bir gülüzara aşiqəm.
Gecələr sübhədək eylərəm nalə,Hərgiz düşməz könlüm özgə xəyalə.Bir gərdəni mina, ağzı piyalə,Bir ləhcəsi şirinkara aşiqəm.
Bir buxağı turunc, sinəsi meydan,Bir sözü cəvahir, mirvari dəndan,Bir maral baxışlı, kirpiyi peykan,Bir qaşlan zülfüqara aşiqəm.
Bir güləndə ləblərindən bal axan,Bir bəzənib sərxoş tovus tək çıxan,Bir niqab altından pünhani baxan,Bir əcayib xoşgöftara aşiqəm.
Vaqifəm, bədəndən canım dağılır,Məcnun kimi xanimamım dağılır,Görməyəndə din-imamım dağılır,Gecə-gündüz mən didara aşiqəm.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-asiqem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş,Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş,
Tuba boylum, qamətindi sərvü ərərdən gözəlTuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Hər səhər bad əsər, arızı-cananə dəyərHər səhər bad əsər, arizi-cananə dəyər,Toxunur sərvə gəhi, gah gülüstanə dəyər.
Başqa şairlərin şeirləri · Eşq
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Pərişan olduğum anlarBuludlarda aypara var,Ürəyimdə həzin kədər.
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən