Tuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,Dişlərin dür, ləblərin yaquti-əhmərdən gözəl,Hər sözün bir kəlməsi yüz qəndü şəkkərdən gözəl,Müxtəsər şəhdi-dəhanın abi-kövsərdən gözəl.

Şanə kim, zülfü bölür, zahir olur göyçək qabaq,Bərq vurub oynar bulutlardan çıxan gün tək qabaq.. . . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . . . . . .Vəsməli qaşlar çatılmış taqi-minbərdən gözəl.

Ala gözlər nərgisi-məstanə tək şəhlalənir,Elə ki, süzgünlənir, yüz mərtəbə zibalənir,Görsə bu şux xəttini, billah mələk şeydalənir.Şol siyah kirpiklərin qan tökməyə sevdalənir,Zərnişan peykandan artıq, dəşnə xəncərdən gözəl.

Şöleyi-şəmsi-cəmalından münəvvərdir didəm,Bəndivanın olmuşam, haşa, yanından mən gedəm,Tutiyadır gözlərə – hər torpağa bassan qədəm,Bir əcayib bu gəlir saçından, ey gül, dəmbədəm,Məst edir dimağımı reyhanü-ənbərdən gözəl.

Vaqifəm, bir aşiqi-kamil – yox əsla kəmliyim,Hər zaman yarin xəyalilə olur xürrəmliyim,Hiç tutmaz eşqdə nadan ilə həmdəmliyim,Bəlkə, zahid, səndən artıqdır mənim adəmliyim,Sevdiyimdir huridən əla, mələklərdən gözəl.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq