Sevdiyim
Yenə məni yanar-yanar odlara,Dağılmış ayrılıq saldı, sevdiyim!Mən ha getdim möhnət ilə, dərd ilə,Can sənin yanında qaldı, sevdiyim!
Siyah zülfün buxaq altda qayrılır,Ala gözlər can almağa sayrılır,Canandan ayrılan candan ayrılır,Xalq içində bir misaldı, sevgilim!
Sərv qəddin sənubərə tən deyil,Tamam sənin təkin gülbədən deyil,Dəxi əzəlki tək sən görən deyil,İndi halı yaman haldı, sevdiyim!
Qaşların qurulu yay tək çəkilir,Kirpiklərin dəyir, ciyər sökülür,Danışanda qəndü şəkkər tökülür,Dilin, dodaqların baldı, sevdiyim!
Ol Xədicə haqqı, Səkinə haqqı,Xeyrənnisə haqqı, Əminə haqqı,Kəbə, Məkkə haqqı, Mədinə haqqı,Dərdin bu Vaqifi aldı, sevdiyim!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-sevdiyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Sevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
DönübdüFələyin qəhrindən, el töhmətindən,Dərdim artıb bir ümmana dönübdü.
Üzündə surəti-rəhmanı gördümÜzündə surəti-rəhmanı gördüm,Qaşında qafu vəl-Qur’anı gördüm.