Üzündə surəti-rəhmanı gördüm,Qaşında qafu vəl-Qur’anı gördüm.

Oxudum dərsi-hüsnün ayətini,Yeddi müshəf kimi Fürqanı gördüm.

Məhəmməd ümmətindən sən doğalı,Səni gözəllərin sultanı gördüm.

Bizim məqsudumuz didarınızdır,Oxudum dəftəri-divanı gördüm.

Məmat olmaz könül darül-fənada,Ləbintək çeşmeyi-heyvanı gördüm.

Züleyxatək bu gün dərdə giriftar,Həzaran Yusifi-Kən’anı gördüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimitək bu gün hər kim verər can,Yəqindir, gər desə cananı gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq