Əfəndi
Siyah telli bir sənəmin ucundanBadə getdi din-imanlar, əfəndi!Ol oda ki, mən düşmüşəm yanıram,Düşməsin heç müsəlmanlar, əfəndi!
Könül deyil sən gördüyün havada,Dərdim olur gündən-günə ziyada,Hər zaman düşəndə ləbləri yadaTökülür gözümdən qanlar, əfəndi!
Bilməm nə nəhs gündə çıxdım bu dağa,Bir lalə üzündən düşdüm irağa,Yana-yana qaldım belə fərağa,Bərbad olsun ol zamanlar, əfəndi!
Mənim meylim yoxdur sultandan, xandan,Yarımın arzusun saxlaram candan.Xalq da bilir, mənim könlümdür andanOlsa yüz min növcavanlar, əfəndi!
Molla odur hər nə görsə kitabda,Onu şərh eyləyə haqda-hesabda,Vaqif deyir sənə, mənə bu babda,Hələ azdır bu divanlar, əfəndi!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-efendi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,
Ey mahi-şərəf, mehrü vəfalər gətiribsənEy mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,
Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!
Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Payinə peşkəş ola baş ilə can, xoş gəldin!
Başqa şairlərin şeirləri
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
ElərEy ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.
Kılur gîgûsı içinde hezâr câdû kemînKılur gîgûsı içinde hezâr câdû kemînTemâmını niçe diye çü dil dimeye kemin