Xumar gözlərini sevəndən bəri,Dəxi özgəsinə uymanam, gəlin!Xoryat ilə belə can-can olmusan,Məgər ki, mən onu duymanam, gəlin!

Cefridar sürməni çəkibdir gözə,Havalanıb dəxi endirməz bizə,Mən ha billəm, qanın qaynar tüksüzə,Mən tutduğum eldən qoymanam, gəlin!

Başına döndüyüm, suları yolu,Gedəndə boş gedər, gələndə dolu.Məmələrin üstdən çatının zolu, —Sən qıysan, mən sənə qıymanam, gəlin!

Başına döndüyüm, telli, toqqalı,Qaşları canımı haq-nahaq alı,Ağarıbdır, qırxmaq olmaz saqqalıVallah, üzün üstə qoymanam, gəlin!

Taxtına çıxmanam, taxtın ucadır,Qoynuna girmənəm, yarı gecədir,Deməginən Molla Pənah qocadırSəni tamam yesəm doymanam, gəlin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri