Budur sarı əncil, bu da qarası,Hələ heyvaya bax, nara bax, nara.Bizim Buzovnanın sanki yarısıXəzər qırağından gəlmişdir bura.

Üzüm giləsində quş dimdiyi var,“Şanı”ya bənzəyir ağ “Massandra”.Sanki şəftəlilər, sulu armudlarXəzər qırağından gəlmişdir bura.

Meyvə də, hava da burda bir dadır,Bircə fərqiniz var, görürəm sizin:Abşeron Xəzərin qucağındadır,Krım mavi gözlü Qara dənizin.

Livadiya

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri