Bu yaşımda da...
Uşaqlıq!Hərəmiz bir quş saxladıq —Bülbül, alacəhrə, sığırçın, qutan.Hər qəfəs küncündə bir quş ağladı,Mənim qəfəsimdə ala sağsağan.
Belə deyirdilər:Gedənlər dönürSağsağan yerini dəyişsə əgər,Ümidlər puç olur, arzular sönürSınaqdan çıxmırsa bu el deyənlər.
Bir gün sağsağanı açıb buraxdım,Dedim quşcuğazın dəyişsin yeri.Onun uçuşuna ümidlə baxdım:Atam cəbhələrdən qayıdar geri.
“Sağsağan, sağsağan, dəyiş yerini!” —Yalvarıb-yaxardım gözlərimdə yaş.Sağsağan anladı bu sözlərimiÜstünə gələndə əlimdəki daş.
Dəyişdi yerini,Uçdu budaqdan,Sonra da başqa bir budağa qondu.Bir xəbər gəlmədi fəqət uzaqdan,Elə bil yolların damarı dondu.
İllər yaman qovdu biri-birini,Yağdı, quzeylədi qar başımda da.“Sağsağan, sağsağan, dəyiş yerini...”Deyirəm arabir bu yaşımda da...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-bu-yasimda-da
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Əsib badi-səba, nümayan olduƏsib badi-səba, nümayan olduÇaki-giribandan bir bəyaz məmə;
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Nə bu dərd gərəkdir uşaqlar üçünNə bu dərd gərəkdir uşaqlar üçün,Nə də aramızda bu narazılıq.