Görməmişəm
Sənin təki siyah telli, gül üzlü,Bu cümlə cahanda mən görməmişəm.Ağzı nazik, qaşı uzun, qəddi düz,Bir belə sinəsi gen görməmişəm.
Bir mah üzlü sevdim keçən sənədə,Xırda xallar zənəxdanda, çənədə,Vilayəti gəzdim, heç kimsənədəBir belə şövkətü şan görməmişəm.
Gözəllər içində türfə, ali şan,Deyib, gülüb şirin-şirin danışan,Çox görmüşəm siyah zülfü pərişan,Amma ki, qəddinə tən görməmişəm.
Sədəf dəhanında dişlərin düri,Dəyər bu dünyaya onun hər biri.Ya mələksən, ya hurisən, ya pəri,İnsanda sən təki can görməmişəm.
Xəncər kirpiyindən saçılır qanlar,Sənə qurban yüz min qaşı kamanlar,Durub sallananda üzülür canlar,Vaqif deyər belə xan görməmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-gormemisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Düşərmi?Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?
Ağ gəlinDərdin məni heyvalara döndərdi,Ey saçları siyah, üzü ağ gəlin!
Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsiVaqif**Ey Vidadi, sənin bu puç dünyada
Başqa şairlərin şeirləri
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
RücuMil düzü, Mil düzü, geniş Mil düzü!Eşit ürəyimdən gələn bu sözü.
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.