Təzkireyi-Nəvvab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Olmasa qabil əgər, dəhr cəfa verməz ələ,Təm biləzzət olanda necə dəndanə dəyər.
Şəm gər yansa səvadi-şəb üçün, heyf olmaz,Şöləsi çünki onun arizi-cananə dəyər.
Ülfəti-nakəsü namərd həmin söhbət imiş,Tut ki, mərd ətəgi dövləti-xaqanə dəyər.
Mən ki meydani-bəla içrə sərim top edərəm,Ta düşə əldən-ələ, axiri çövkanə dəyər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə qədər olsa qoca, gərçi Vidadi xəstə,Genə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-vaqife-cavabinda-vidadinin-qezeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəmMehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Təzkireyi-NəvvabQarabağ içrə bir şair kəlimüllahi-Musadır,Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Düşərmi?Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?
Başqa şairlərin şeirləri · Eşq
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Halalım gedibTa ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin