Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.
Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,Daş bağırlı saqiyi-sahib-cəfədan küsmüşəm.
Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil,Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-mehribanliq-gormeyib-bir-mehliqaden-kusmusem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Cigər pürkaləsindən navüki-müjgan keçsinmi?
Ey səbaEy səba, yarə de kim, avarə gördüm Vaqifi,Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
GörmədimMən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Təzkireyi-NəvvabNaz ilə ta ol büti-tərsa kəlisadən çıxar,Sərxoşü xəndan bipərva kəlisadən çıxar,
Başqa şairlərin şeirləri · Mey və meyxana
Səxavətdə Hatəm, cəngidə Rüstəm,Ədalətdə Nuşirəvanı deyəllər.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Xosrov və Şirin, fəsil 38Gəzməyə çıxmışdı şah bir gün erkənYanında Şirintək gözəldi çəmən.
Bağban, yarın boyu xoşdur mənə şümşaddanTərbiyət almaq fəqət mümkündür istedaddan.