Deyərlər
Səxavətdə Hatəm, cəngidə Rüstəm,Ədalətdə Nuşirəvanı deyəllər.Dəryadan bac alan səddi-İsgəndər,Hər hikmətdə Süleymanı deyəllər.
Gecə-gündüz qaldım dadü fəryadda,Ya Ağam, sən məni qoymaynan odda.Səxavətdə, sücaətdə, qeyrətdə,Şiri-Yazdan Mürtəzanı deyəllər.
Mürtəza dəstindən badə yetişər,Onu içən hər murada yetişər.Yoməl-Ərəstidə dada yetişər,Məhəmməd Əl-Mustafanı deyəllər.
Leyli-nahar çağırdığım ərənlər,Əşqin badəsini dolu verənlər.Qohum-qardaş dost müsayib bilənlər,Bir gün Məmmədhüseyn hanı deyəllər.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-deyeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir