Eşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.Kimisə məst edən al şərab kimiAxıb hər badəyə dolmayın, qızlar!

Oynar qəhqəhəniz şimşəklər kimi,Ünvansız olmayın küləklər kimi.Qar altından çıxan çiçəklər kimiVədəsiz göyərib solmayın, qızlar!

Siz bir qayıqsınız, tale dənizdir:O bəzən bulanıq, bəzən təmizdir.Tale ağlınızdır, düşüncənizdir,Taleyin qayığı olmayın, qızlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana