Vardı günlərimiz
Vardı günlərimiz varlığa bənzər,Üfüqlü, səmalı, günəşli, qarlı,Bizim aramızda yaşardı günlərVədə qaranquşlu, görüş baharlı.
Biz günlərə həmdəm, günlər də bizə,Hardasa itmişdi boranlarımız.Qara fırçasını göylərimizəHələ çəkməmişdi toranlarımız.
Ərzin bir buludsuz, aydın yerindəÜfüq birimizdik, səhər birimiz.Hər təzə məhəbbət cümlələrindəMübtəda birimiz, xəbər birimiz.
Günlər o günləri hara apardı...Vardı günlərimiz, vardı, ay aman.
Məhəbbət ətirli külək dolardıGahdan pəncərədən, gahdan qapıdan.
Vardı günlərimiz həm qara, həm ağ,Arzusu, tamahı umar-küsərsiz.Qibtə zəlzələsi dağından uzaq,Böhtan xəbərləri ondan xəbərsiz...
Vardı günlərimiz. Var yenə, niyə?! –Mən azan bir ovçu, sən itkin əlik.Mən təzə səhnəyə çıxan faciə,Sən təzə bir ələ düşən gündəlik...
Yalta, yanvar, 1968
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-vardi-gunlerimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
KönlümüŞimşək kimi buludları qovaraq,Verdim parlaq çiçəklərə könlümü.
Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.