Oxu, tatar qızı, dodaqlarınıDarasan çayına söykəyib, oxu!Qayalar şəkləyib qulaqlarınıTanış bir nəğməni dinləyir, oxu!

Bu dilsiz daşlara səslər hopulub,Yaşayır uçrumlu dağ arasında.Sahildən qovulub, yurddan qovulubGizlənib bir ayı mağarasında.

Oxu, dünəniylə gəlib görüşənBir tatar qarısı tuş olsun ona.Yetim uşaq kimi didərgin düşənNəğmələr tapılıb qoşulsun ona.

Nəğmənin səfəri üfüqlərədir,Nəğmənin mənzili qalmaz yarıda.Oxu, varaqlansın gözümdə bir-birBabanın dünənki günahları da.

Səni başa düşər qədim bir qala,Anlar binaların, yolların çoxu.Oxu, tatar qızı, yarımçıq qalanBir el nəğməsini təzədən oxu...

Yalta, yanvar, 1968

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri