Mən bir zaman şair idim
Mən bir zaman şair idim,Zirvələrdən zirvələrəŞığıyan bir şahin idim.Dağ kəlləri bərəsindəOvçuların marığınaşahid idim.İlxı görüb havalananGöy ürgəninyalmanına şərid idim.Zoğal çomaq dəyanətim,Ala köpək hayanımdı.Qara arxac dibindəkiÜçbucaq daş ocağım daHa közərir, ha yanırdı...
Çiynimdəki ala xurcunQuzulara nənni idi.Obaş ertə yaylımındaUlduzları dənləyirdim.Qırğı kimi vuran-tutan,Qarğı kimi çəlimsizdim.Varaqsızdım, qələmsizdim.Bilməz idim:forma nədir,Bölgü nədir.Tənqid adlı döngə-dolay,Tərif adlı bəlkə nədir.Dik baxırdım dağlara, dik!İldırımlar yazmamışdıBaşəyməklik, əlöpməklikYazmamışdı, yapıncımınƏtəyinə, kürəyinə, yaxasına.Bax beləcə dağa sığan,daşa sığan...Hər ağrını, hər acınıBir qırımla tulazlamaqQüvvəsinə qail idim,Mən bir zaman şair idim...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-men-bir-zaman-sair-idim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Neyliyim, ey vay! bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!
SənəmCümə günü ürcah olduYandı canım nara, Sənəm.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Olubdu qəm yatağı, şad gördüyün könlümOlubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.