Neyliyim, ey vay! bu urus başdılar,Bilməyirəm hardan aşıb-daşdılar?!Ölkədə gündən-günə çoxlaşdılar,Hər əmələ, hər işə çulğaşdılar,Qoymayın, ay köhnələr, ay yaşdılar!Heyvərələr hər yerə dırmaşdılar!Hər biri min gunə iş icad edir,Məclis açıb nitqlər irad edir,Şiə ikən sünniləri şad edir,Sünni ikən şiəyə imdad edir,Sanki bular bir-birə qardaşdılar,Yoxdu təəssübləri, çaşbaşdılar!Heç biri öz məzhəbinin hörmətinGözləməyir, gözləyir el qeyrətin;Cümləsi bir yolda qoyub niyyətin,Xoşlamayırlar atalar adətin;Çünki nə sünni, nə qızılbaşdılar,Bir yava şeydir bu başı daşdılar!Əmr təəssüb ola bütlan neçin?Sünni deyə şiələrə can neçin?Şiə bilə sünnini insan neçin?Birləşə yə’ni bu müsəlman neçin?Himmət edin, din gedir, ay başdılar!Qoymayın, aldatdı bizi saşdılar!İndi ki, duyduz buların niyyətin –Cəhd eləyin pozmağa cəm’iyyətin!Bunları pozmaq bizə olmaz çətin,Harda ki, gördüz, oxuyun lə’nətin;Hökm eləyin, küfrlə ulğaşdılar,Dini-xudadən qırılıb qaşdılar,Cümləsi kafirlərə yoldaşdılar.Çünki təəssübləri yox, çaşdılar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira