Səndən sonra, ey tagi-sər başıma
Mixail Petroviç Kolyubakinə
Səndən sonra, ey taci-sər, başımaGərdişi-zəmanə nələr gətirdi.İki bimürüvvət ittifaq edib,Vilayətə yüz şurü şər gətirdi.
Qaçaqlıq binası edəntək Behbud,Pişnihad etdim öz ərzimi zud;Tərəfgirlik oldu axırda, nə sud, –Mənim doğruluğum zərər gətirdi.
Yüz ilin ocağın bicürmü günahEylədilər viran, vallahü billah!Bu talci-zəbun, bu bəxti-siyahDaim mənə xovfü xətər gətirdi.
Həştadə yetmişdir sinnü salımız,Bu dövlətdə ağarıbdı yalımız,Getdi dövlətimiz, mülkü malımız,Nəxli-təmənnamız kədər gətirdi.
Nücəba hörmətin gözlər nücəba,Nasəza yaraşmaz böyüyə əsla;Pədərindən deyil yəqin bil, əmmaHər kimsə ki, nami-pədər gətirdi.
Ədalət var idi bundan əzələ,Yaman yerə yetib iş gələ-gələ;Dirəxti-bəxtimiz, əfsus ki, beləVarə-varə acı səmər gətirdi.
O kəslər ki, eyləməşdi xəyanət,Əyləşib evində rahət, fərağət;Mənim uşaqlarım bivəchü cəhət,Gözlərindən xuni-cigər gətirdi.
Bundan əqdəm kimin olsa üsyanı,Derlərdi “vayenni sud” kəssin anı;Bilməzəm necoldu, o zakon hanı?Naçalnik zakuni-digər gətirdi.
Məzərrəti əfzun, ədaləti yox,Görünməyib hərgiz belə...Özü gəlməyinə məmnun idik çox,Dalısınca keçəl Pəzər gətirdi.
Tutubdu aləmi zülmi-bihesab,Müşküldür gətirmək bu möhnətə tab.Köynük, Biləciyi etmişdi xərab,Bizim kəndə ondan betər gətirdi.
Aşura günü tək bir səhər çağıYığdı ərradəyə övrət-uşağı,Şamə rəvan etdi bimürvət yağı,Gören yaxa yırtıb, həzər gətirdi.
Bir adam ki, yerə qoya əllərinBilmək olmaz onun fitnə, fellərin;Biabıru etdi Tiflis ellərinO ayin ki, bu töxmi-xər gətirdi.
Əcəb əyyam imiş əyyami-sələf,Gərək o günlərdə olaydıq tələf;Çəyirtkə bir tərəf, dolu bir tərəf,Şum qədəmi gəldi, şərər gətirdi.
İki namərd uyub biri-birinəYetmək olmaz heç birinin sirrinə.Lənət gəlsin... verənin pirinə,Bid binanı... gətirdi.
Adamda insafü mürüvvət gərək,Quyruğun kəsməklə tula olmaz köpək.İlan əti yeyib yerikdə bişəkO madər ki, belə pesər gətirdi.
Neçə gün söyləndi bu yerdə əhval,Qubernator olur ol nikuxisal;Malımız, mülkümüz müjdədir əlhal,Hər kim gəlib doğru xəbər gətirdi.
Ey sahibi-şövkət, ey mədəni-şan,Dadxahəm sizə, aman, əlaman!Bu zülmü insana eyləməz insan,Məgər ki, qəzavü qədər gətirdi.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-senden-sonra-ey-tagi-ser-basima
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Satira
Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!
Oylə qorxmam "biş"dən kim, qorxuram "cədvar"dənOylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.