Çıxmadı, qurtulaq dərdü bəladan
Çıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!Hər ayın başında bir yol dəgşilənAdəti qanuni görən canımız!
Təfavüt qalmadı gədaya, bəyə,Barkeşlər indi keçib yedəyə;Qənaət eyləsin bezə, qədəyəCameyi-gülguni görən canımız!
Bundan isə yeydir diyari-qürbət,Al başını, dur get əlbət, səd əlbət;Yalavac əyaldan çoksin xəcalətBəzəkli xatuni görən canımız!
Yazü qış həmişə sevgili cananGeyərdi əyninə libasi-olvan;Olmasınmı indi sərv tək üryan,Qaməti-mövzuni görən canımız!
Fətulə-fatulə səfheyi-rudə,Gah torfi-zənəxdə, gahi əbrudə,Pərişan olmazmı, ğübaraludəMüəttər geynusi görən canımız!
Mübarəkdir bu dünyanın nizami,Nəhayət müşküldü öyrətmək xami;Yad edib ağlayın keçən əyyami,Müəttər geysuni görən canımız!
Ac qaldıqca rəxtü xabı satacaq,Gələ-gələ quru yerdə yatacaq,Uzaqdan sikkəyə güllə atacaq,Min tümən altuni görən canımız!
Salaq başımıza nə növi daşı,Harda biz görmüşük belə pərxaşı?Rəiyyətlə boyunduruq yoldaşı –Çakəri-dilxuni görən canımız!
Nə gündə yaradıb xudavənd bizi,Bir yana apara bilmədik izi.Gahi Avanesi, gahi Sərkizi,Gahi də Semyoni görən canımız!
Bəy ikən adımız oldu mülkədar,Daxi mundan belə bizimçün nə var?Olmazmı mükəddər, sahibixtiyarƏvoki, Ərtuni görən canımız!
Satarıq, sovarıq olub qalanı,Həqq bilir sözümün yoxdu yalanı,Salsın alta indi öküz palanı,Balışi-pərquni görən canımız!
Sərxeyl ikən yeksər qaldıq ayaqda,İşlərimiz keçir yaman sayaqda,Nə tirəbəxt olduq bu Qarabağda,Talei-meymuni görən canımız!
Tağar-tağar arpa, buğda əkilən,Biçilib, döyülüb, dama tökülən;Qan axıt gözündən, ipək çəkilənXali tərazuni görən canımız!
Bu tövr ilə getmək müşküldür yola,Nə sağa mümkündür qaçmaq, nə sola;Gərək indən belə digərgun olaKari-digərguni görən canımız!
Aaparırlar qaravula, keşiyə,Qəht olub bir deşik, girək deşiyə;Buriya döşəsin evə, eşiyəXaliyi-bahuni görən canımız!
Bu zülmü insana eyləməz insan,Saf cana yetişdik aman, əlaman!Bir neçə laməzhəb, adı müsəlmanMürtədü məluni görən canımız!
Gəldi, getdi, heyif, əmiri-nəcib,Feyzi-nəzirindən olduq binəsib;Necə qəbul eylər naəhl təbib,Haziq Ərəstuni görən canımız!
Lazımdır ki, edək belə qonağaEllik ilə malü mülkü sadağa;Özgə əmir ilə tutmaz ələqəTa doyunca muni görən canımız!
Ədalətli, mürüvvətli canişin, –Təqyəmiz onadır küllühüm həmin,Sənaxandır ona ta ruzi-pəsin,Xəlqə rəhnümuni görən canımız!
Məlcəi-füqarə, məməni-zəlil,Hamiyi-züəfa, mürşüdi-dəlil,Kərəmi abi-Kür, atası Edil,Səxası Ceyhuni görən canımız!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-cixmadi-qurtulaq-derdu-beladan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Qalmadı bir ovuc qəllə, biz acıqQalmadı bir ovuc qəllə, biz acıqQurtulubdi bu afətdən o Dızaq,
Dəli könül nə düşübsən çöllərəDəli könül nə düşübsən çöllərə,Məgər usanmazsan yar aşiqidi,
Başqa şairlərin şeirləri · Satira
Bilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Şahnamə və yaxud QaracanaməƏrrəhman... əlləməl-Quran,Xələqəl-insan... əlləməhül-bəyan.
"Həyat"ın "Gop-gop"una cavabBu tifl ki, nuri-bəsərü şireyi-candır,Tabi-tənü arami-dilü ruhi-rəvandır,
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə