Qalmadı bir ovuc qəllə, biz acıqQurtulubdi bu afətdən o Dızaq,Quru yerə zor eyləmiş bir acıq,Qəlbimizdən gedən deyil o dızaq.

Qalırmola yarəb bizə bu damaq,Qılınc alıb səg rəqibi bu damaq,Qaragözlüm geyinibdir bu damaqQəmər kimi şölə verir o dızaq.

Qələm alıb əhvalımız yazarıq,Qəhbə fələk fitnəsindən yazarıq,Qışın zəhmətindən çıxıb yazarıq,Qoyun-quzu cövlan eylər o dızaq.

Qarı düşmən ölsün gedək yasadıq,Qayım-qayım dost dərdini yasadıq,Qadir Allah yaradıbdır yasadıq,Qayıtmanam təriqindən o dızaq.

Qoyma rəqib dərgahına yaxalıq,Qəsdi bunu aparmıya yaxalıq,Qismət eylə bu Zakirə yaxalıq,Qızılgülə sarmaşıbdı o dızaq

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri