Knyaz Xasay Usmiyev haqqında həcv
Rəhim bəy Uğurlubəyova
Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,Gəhi Tərxan, gəh Cəfərqulu, gahi Xasay knyaz.
Olub knyaz yatağı bu dağılmış xeyli müddətdir,Fərağət olmanıq bir dəm geday knyaz, gəlay knyaz.
O yaxsay, mən qarabağı, mənimlə yoxsərü kari,Nə istər bilməzəm məndən genə xingəl-quşay knyaz.
Dağıstan dağının knyazlarının ləzzətini gördüm,Qalıbdır bir həmin Əndi, Çeçən, bir də Cüngətay knyaz.
Səxavət umma ondan, harda görmüş vermək, almağı,Onunki bir odur içsin buzə, çalsın dalay knyaz.
Gələndə bir üzü, bir cüt qulağı, saf quru ...,Xüsusən aləmi etmişdi yeksan püştü pay, knyaz.
Yetim dürmək tapanda çünki bir iylər, iki dişlər,Düşüb əmlakın üstə ikiəlli qarmalay, knyaz.
Dedim ol mədəni-feylə bulunsun canişin, yarəb,Bulundu, heyf kim, bixeyrü xayin, süstray knyaz.
Hərarət çeşmi-kəmbinayə nöqsan olduğun bilmiş,Gələr payız Qarabağə, qaçar Əlbürsə yay, knyaz!
Üç ay qış cövrü zülmünə, könül səbr eylə,Papağın fırla ha gəldi yaz olacaq ustu pay, knyaz
Yetirdi həq sənə bu dövləti birəncü bizəhmət,Tikər kor leyləyin həqqə, yuvasın ol xuday, knyaz!
Qəzanın gərdişin gör kim, verib bu Şişə şəhrindəGəlib bir naqisü nadan yapa köşkü saray, knyaz.
Belə knyazı həqq alsın əlimdən, mən tutum matəm,Vurub başimə hər ləhzə deyim: ey vay, vay, knyaz!
Qolumuzdan tutan yox, qılçamızdan qaldıran çoxdur,Bizə qəht oldu bu aləmdə bir müşkül-güşay knyaz!
Bir ayğır tay-bağırsaq olsa, at ondan qulun tutmaz,Budur vəhmim – bizim düxtər gəzə daim subay, knyaz.
Ləamət öylə qalıbdır o bidinü dilazarə,Siyavuş qanıdı yanında bir fincan çay, knyaz.
Əgər yoxdur bu illət səndə yüz lənət mənə gəlsin.Sifatın zəmmini nəzm ilə yazdım cabəcay knyaz!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-knyaz-xasay-usmiyev-haqqinda-hecv
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostu kuyindən bir gələn yox soruşaq,Görək həmdəm indi o yarə kimdi?
Dost yolu bağlandı, ümid kəsildiDost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.
Dur sallan, dur sallan, boyun qurbanıDur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.
Dün düşdü güzarım yarın kuyinəDün düşdü güzarım yarın kuyinə,Dərdü qəm çevrəsin alıbdı, gördüm.
Başqa şairlərin şeirləri · Satira
Xandostu, amandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!
Can avtobusEy Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,
AxundQoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,