Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,Xilaf əhlin sərəfraz, əhli-sidqi xakisar eylər,Mənim könlüm rəqibin tənəsindən çox qubar eylər,Açıb dərdi-dili-pünhanı xəlqə aşikar eylər.

Açıb ibrət gözilə bir nəzər qılsan bu dövranə,Hücumi-məsiyət rəxnə salıbdır mülki-iymanə,Olub şeytanə tabe, baxmaz insan huri qilmanə,Pərilər taət eylər sidq ilə quli-biyabanə,Görən fərzanəvü aqil necə səbrü qərar eylər.

Edib məzul sərdarı, olub sərvər rəiyyətlər,Yığılmış başına ovbaş, həm əbləh cəmiyyətlər,Olubdur aşikara xəlq içində neçə bidətlər,Verib çərxi-sitəmgər bunlara bivəch dövlətlər,Çəkib hər nakəsü nadani sahibixtiyar eylər.

Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyamı,Edirlər fisq zahir, kimsə çəkməz xovfi-bədnamı,Deyərlər qaziyə böhtan, bəzəllər şeyxül-islamı,Soran yoxdur münəccimdən: nədir bu əmrin ehkamıKi, hər mahi-müharrəmdə bular bir səngsar eylər?

Ola bangi-xürus bir makiyanın xanədanında,Şükuhi-səltənət payəndə olmaz xanimanında,Qərəz, bir xarü xəscə saya qalmaz asitanında,Firibü məkr ilə şahbazı bir gün aşiyanındaSalıb dami-bəlayo, xanimanın tarmar eylər.

İlahi, görməsin gözlər bu əhvalı ki, mən gördüm!Süleyman barigahın payimali-Əhrimən gördüm,Mövalilər müsəllasın kinişti-bərhimən gördüm,Nişiməngah idi şahbazə bir sərvü-çəmən, gördüm,Yığılmış üstünə zağü zəğən əzmi-şikar eylər.

Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü ziybanı,Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsanı,Zühur et, ey şəriət təxtinin şayəstə sultanı,Götür bürqə əmalından, münəvvər eylər dünyanı,Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər.

Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın,Çəməndən dağıdıb bərqi-həvadis səbzə yığnağın,Edib viranə takın bağ içində zərnişan tağın,Gülün fərş eyləyib badi-xəzan səhrayə ovrağın,Görüb biçarə bülbül arizuyi-novbahar eylər.

Tərəhhüm görmədim munda mən ol biməhr canandan,Dəyəndə sinəmə yüz min xədəngü tir müjgandan,Pəriveşlər məgər sormaz xəbər hali-pərişandan,Görünməz xeymeyi-Leyli, köçüb getmiş biyabandan,Qalıb Məcnuni-sərgəştə, qan ağlar, ahü zar eylər.

Təriqi eşqdə mən vurmuşam Fərhad ilə pəhlu,Deyil vaqif mənim halımdan ol Şirinvəş bədxu,Rəqibi-bimürüvvətdən, bilir həq, çəkməzəm qayğu,Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu,Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər.

Təğafül bilməzəm ki, xubrulərdə nə adətdirKi, çəkməzlər qəmi – üşşaqı bir dəm, bu nə söhbətdir?Qərəz, bir güşeyi-çeşm ilə baxmaq eyni-dövlətdir,Bəlalı başlar üzrə saya salmaq çox məhəbbətdir,Məhəbbət görsə aşiq, dost yolunda can insar eylər.

Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrandır,Onunçun kim, gədavü şahü sultan cümlə yeksandır,Əgər künci-fərağət istəsən bir kənci-pünhandır,Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır,Əlaci-dərdimi əvvəl-axır həştü çahar eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale