Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz
Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz,Kosibdir şəfqətin aya məni-divanədən, çıxmaz.
Tələb qıldım təbibimdən dəva, döndərdi üz məndən,Bu iş kim, aşinadən çıxdı yüz biganədən çıxmaz.
Mədəd qıl, ey əcəl, al canı, təndən çıxmadan ta can,Yəqinimdir, onun dərdi dili-viranədən çıxmaz,
Xətadır zülfi-pürçinin, nigarım, şüstü şu etmək,Otursa sübhdən təşt üzrə ta şəb, şanədən çıxmaz.
Necə mən olmayım avareyi-qürbət, rəqib indiDeyər ki, çün filanidir gələn, astanədən çıxmaz.
Gözün xunrizdir əlhəq, degil qəmzən kimi muzi,Töküb qan, xəlqdən gəzmək nihan, mərdanədən çıxmaz.
İnanma arizin fikri çıxa Zakir xəyalından,Ölüncə atəşin zövqü dili-pərvanədən çıxmaz.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-gozum-qaldi-esikde-yar-dovletxaneden-cixmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş,Pərişanlıq görüb badi-səbadən tündxulənmiş.
Üzvi-əzayi-xublərə padişah zülfÜzvi-əzayi-xublərə padişah zülf,Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf,
Üzünü görsə əgər gərblər iymanə gəlirÜzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.
Fəsli bahar gəldi, könül, künci-bağ tutFəsli bahar gəldi, könül, künci-bağ tut,Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.