Gərçi tutub aləmi şurişü qövğayi-eşq,Yoxdu cahanda vəli mən kimi rüsvayi-eşq.

Canü dilü əqlü huş cümlə müsəlləm ona,İndi nədir bilməzəm daxi təmənnayi-eşq.

Xuni-dili dişrəyə mərdümi-çeşmim tökərKim, gərək ari ola məzilü məvayi-eşq.

Dur yola düş, ey təbib, çarə mənim dərdiməLəli-ləbi-dilbəri yazmış ətibbayi-eşq.

Vaizi-əfsanəgu dün məni neyrəng iləİstər indi döndərib eyləyə tərsayi-eşq.

İş mənə qalsaydı gör, keçmiş idim badədən,Tale edib yarlıq, qoymadı danayi-eşq

Dərgəhi-piri-muğan-məlceyi-əmnü əman,Xanəgəhi-meyfiruş-bəzmi-dilarayi-eşq.

Zahidi-sahilnişin, bəhri-bəladən sağın,Kamə çəkər Yunisi mahiyi-dəryayi-eşq.

Sal təni-napakinə xirqeyi-sədparoni,Hər qədə layiq dögül xələti-zibayi-eşq.

Qeyslə həmdərs idim, qaldı o "Vəlleyl"də,Naqis imiş, olmadı vaqifi-mənayi-eşq.

Badiyeyi-hicrdə Zakiri-gümgəştəyə,Oldu əcəb rahbər mürşidü mövlayi-eşq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq