Gərçi edib çoxların qəmzədəvü zar eşq.
Gərçi edib çoxların qəmzədəvü zar eşq.Yoxdu vəli mən kimi hiç giriftari-eşq.
Çəkmə cəfa, ey təbib, zaye olur zəhmətin,Ləli-ləbi-yardır çareyi-bimari-eşq.
Seyli-sisəm aləmi qərqə verər, olmasa,Zövrəqi birlə əgər xəlqə nigahdır eşq.
Mən necə meyxanədən əl götürüm, ondadırŞamü səhər mocməi-həmdəmü həmkari-eşq.
Kövsər ilə badədə fərq budur: nisyəniSud hesab eyləməz taciri-bazari-eşq.
Müğbəççeyi-gülüzar, saqiyi-siminbədən,Mütribi-kakilşikən çəngü dəfü tarü eşq.
Vamiqü Fərhadü Qeys getdi hamı nimməst,Yox bu kühən deyrdə mən kimi sərşari eşq.
Hər biri bir canibə etdi fərar əqlü huş,Mülki-dili paytəxt edəli sərdari-eşq
Duş gəzərkən yolum düşdü dəri-məscidə,Gördüm oturmuş neçə münkiri-əsrari-eşq.
Əl götürüb dərgəhi-hacətə övrad oxur,Zöhdü riyadən nə sud, olmasa asari-eşq.
Hər biri bir divdir surəti-insandə,Yoxsa olarda hanı həqqə səzavər eşq.
Talibi-canan gərək canü cahandan keçə,Sudü ziyan gözləməz mərdi-xiridari-eşq.
Sanma ki, qürbi-həqə yol bulasan bitəəb,Eyləməmiş imtəhan ta səni səd bar eşq.
Payi rəhi-səydə abiləriz olmamış,Dəsti-Kəlim olmadı məzhəri-ənvari-eşq.
Atəşi-duzəx sənə gülşən olur, qəlbiniButeyi-ixlasdə yandıra gər nari eşq.
Səhvü şəkin aləmi əmri-əlahiddədir,Şəkk var ol əmrdə, qeyrdir ətvari-eşq.
Xüm dibinə dürdvəş yatmayasan salha,Piri-müğan eyləməz məhrəmi-əsrari-eşq.
Məsiyətə qərqdir, ah, əgər yetməyəDadına bu Zakirin qafiləsalari-eşq.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-gerci-edib-coxlarin-qemzedevu-zar-esq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həqdi, gözəl çoxdu cahan içində,Gözəldə bir neçə nişanə gərək.
Bu dövri-fanidə beş gün kişininBu dövri-fanidə beş gün kişininBir yaxşı, vəfalı yarı gərəkdir.
MəniRahi-müsibətdə keçmişəm candan,Müxənnətdir qorxan bir qaşıq qandan!
Baharlı Mirzə İsmailəEşitdim ki, tazəliklə satıbsanKəndini bir çuval gəndümə Mirza!
Başqa şairlərin şeirləri · Eşq
Günahım olsa da, çox razıyam ilahimdən,Keçər, ümid edirəm, aqibət günahimdən.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Nə bəhsə girmisən, ey qönçə, görcək ləblərin yarınNə söylərsən, sual etdikdə səndən lütfi-göftarın?
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.