Eşitdim ki, tazəliklə satıbsanKəndini bir çuval gəndümə Mirza!Bu misrəi özün yaxşı bilirsən,Sənin ... mənim zəndimə, Mirza!

O sənə düşməndir aləm-aşikar,Hələ indi bu dəm ehtiyatı var;Bir əndək ki, başı açıldı, salarYenə səni yandım-yanıdıma, Mirza!

Əlin çıxacaqdı dava-dərmandan,Müntəfe olursan, amma nə çəndan.Həsrət aparısan XındırıstandanYolun hər düşəndə kəndimə, Mirza!

Eyib deyil olmaq kişiyə kasıb,Qulluğun var buyur bizə münasib;Əmanət-əmanət, oğlan qar basıb,Bayramxan ocağın söndürmə, Mirza!

Nə tez barışırsan, bildir dalaşdın?Hər nə ki, eybi var aləmə aşdın.Noxtanı başından sıyırıb qaşdın,Yaxşı düşmüş idin fəndimə, Mirza!

Rişxənd eyləyib güldüklərini,Çay içib ağzını sildiklərini,Bəy babana vermə bildiklərini,Demənəm ki, bir zad çəndimə, Mirza!

Keçən ildə hərçənd olub qiylü qal,Öhtəsinə götməz, gözüm, əhli-hal;Yolundu-yolundu ... saqqal,Oğlanı hüccətə mindimə, Mirza!

Sözbazlıqda çünki yədi-beyzan var,Hər kim olsa səni axtarıb tapar;Yeyərsən, içərsən qorxma, a yassar,Qayım dur, özünü sındıma, Mirza!

Məsəli-məşhurdur eldə, obada,Sən özün də eşiidibsən ziyada;Mərd ətəyin tutan yetər murada,Namərdə başını endimə, Mirza!

Kəlamımdır dürüst, özüm hesabı,Müşkülüdür bu əmrə gətirmək tabı;Mən bilirəm-yazacaqsan cavabı,Xeyrin deyil, məni didimə, Mirza!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri