Həqdi, gözəl çoxdu cahan içində,Gözəldə bir neçə nişanə gərək.Əvvəl aşiqinə mehriban ola,Ondan qeyrilərə biganə gərək.

Gözəlin billur tək gərək bədəni,Eyləyə özünə heyran görəni,Yarlı-yaraşıqlı boyu, gərdəni,Nə uzun, nə gödək, miyanə gərək.

Ənbər xəcil ola zülfü buyundən,Qəmər-rüxsarından, şəms-ruyundən;Canlar təzələnə göftü kuyundən,Sözünün hər biri dürdanə gərək.

Mərifətdə kamil, sinndə uşaq,Qədir bilən, özü doğru, sözü sar.Quzu quyruğu tək nazikü yumşaq,Lərzə verə cismi hər yanə gərək.

Zakir nə yamandır halı dünyanın,Əksik olmaz qalmaqalı dünyanın,Dərdü sərdi mülkü malı dünyanın,Can üçün bir belə cananə gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq