Heç bilirsən nə cəfalər çəkmişəm
Heç bilirsən nə cəfalər çəkmişəm,Uzun müddət yollarında, yar, sənin?Nə olur danmaqdan, daldalanmaqdan,Düşgününəm aləm-aşikar sənin.
Nə qədər ki, gəlir təndə nəfəsim,Bülbüli-şeyda tək kəsilməz səsim;Mənim səndən özgə yoxdur bir kəsim,Yüz kimin-kimsənən o ki var, sənin.
Ayırmışdı məni bəxti-siyahım,Gəlmişəm dərinə, ey padişahım;Çək tiğini, gər var isə günahım,Öldür, gərdən mənim, ixtiyar sənin.
Tutmuş idim səri-kuyində mənzil,Gecə-gündüz danışırdım dilbədil;İndi qəm evində sərparə könülƏzəlki lütfünü arzular sənin.
Ayrı düşüb obasından, elindən,Yenə əl götürməz xublar telindən;Zakir, məgər usanmazsan əlindənSaf canə yetişdi dili-zar, sənin.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-hec-bilirsen-ne-cefaler-cekmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cəfərqulu xana*Gedirsən get, sənə fəth ilə nüsrət həmkirab olsun,
Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürkCəfərqulu xana*Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk,
Car müqəddiməsiBababəy Şakirə*Ey Bababəy, bu humayun əskərin
QocalıqAh kim, aldı mənim əqlü kəmalım qocalıq,Eylədi misli xəzan çöhreyi-alım qocalıq,
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
KönülAy həzarat, qulaq asın,Bir təzə yar istər könül.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.