Cəfərqulu xana

Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk,Tiri-sərmanın sərasər cövşəni qalxanı kürk.

Müştəbeh olma, mənim qəsdim Xorasan kürküdür,Dövlətindən, özümün də var Dağıstani kürk.

Xan hüzurunda büründüm ariyət bir neçə gün,Balişi-pərqudan artıq saxlar imiş canı kürk.

Qış günü yox faidə bürünməvu yapıncıdan,Azü çox gər saxlaya saxlar yenə sərmanı kürk.

Çıxmaq olmaz sübh yorğandan, keçər vəqti-namaz,Kişidən hər vəch ilə eylər iraq isyanı kürk.

Mədhinə baxma, qocanın çarəsin tarı kəsib,Yoxsa ki, bir zad deyil, eylər xərab oğlanı kürk.

Piri-biməsrəf bürünsün sərgi yanında onu,At çapıb yortan kəsə məsrəf deyil çapanı kürk.

Olsa bir bariş, xuda nakərdə, Doyrandan kənar,İçinə ayran tökülmüş eymə tək islanı kürk.

Nazəninlər növrəsi-çorkəsqəbayə meyl edər,Pəşmini nəşminə almaz geysə yüz ruhani kürk.

Görmədinmi necə ol şirinü şəkkər xəndəninEylədi yanında acı binəva Mollanı kürk!

Sərvqədlər içrə vay əhvalına ol kimsəninKim, qədi kutah ola, amma geyə tulanı kürk.

Etməsin rəm xublər olsun nə növram ona,Yeridikcə tazı qulağı kimi tullanı kürk.

Həqqi, səyyadi-qəzalın cəməsi çəsban gərək;Ürküdər mənəndi-ahu dilbəri-ziybanı kürk.

Nə deyim, başdan əyağə sərbəsər məkruhdur,Oxşadır qıllı parağa, müxtəsər, insanı kürk.

Simbər ağuşə çəkmək istəyən kürk istəməz,Nə rəvadır incidə ol tazə-tər püstanı kürk.

Cümlədən bədtər budur eybi ki, çox bədyümndür,Görmədinmi eylədi viran yekə Şirvanı kürk?!

Barbərdar olmayan tusənlərə bir çul yetər,Qocalar qəm barkeşidir, onların palanı kürk.

İki yumruq bir başa gücdür, – məsəldir xəlq ara,Cahili zuri-təbiət saxlasın, pirani-kürk.

Deyiləm möhtac bir kürk almağa, qəsdim budur,Kim, deisnlər bəxş edib filaniyə sultanı kürkü.

Çoxdu Məşhəddən gələn, əhər evdə, üçü, dördü var,Yzri-naməsmudur qiblə buyursa, hanı kürk.

Kəs bilib səndən təmənna etdi Zakir, istəməzNakəsü namərddən, tutsa əgər dünyanı kürk.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri