Əsib badi-səba, gül pirəhəninÇak edəndə, bəyaz sinənədən öpüm.“Səlli əla” deyim, sürtüm üzümü,Kəbə qəndili tək məməndən öpüm.

Gəzib-gəzib gəlib oturub gəndə,Kin, küdurət ortalıqda gedəndə,Təkəllümə gəlib söhbət edəndə“Bəri bax, bəri bax” deməndən öpüm.

İşim yoxdur sultan ilə, xan ilə,Yolunda qoymuşam başı can ilə;Oturub bir neçə növcavan iləŞirin-şirin içib-yeməkdən öpüm.

Müddətdi həsrətəm, eyləmə haşa,Ay qabağa, xumar gözə, yay qaşa,Durub pərvanə tək dolanıb başa,Siyah zülfün tutum, çənəndən öpüm.

Kəsilib könlümün səbrü qərarı,Al canımı qurtar barı, sən tarı.Öldürən zamanda Zakiri-zarı,Əl saxla bir, qanlı qəməndən öpüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri