Döndü murad üzrə fələkDövran bizimdir bu gecəSaqi, dolandır saqəriSeyran bizimdir bu gecə

Bi nəşʼə həvayi hayı qoyZahid yeri qovğayı qoyEy müddəi, davayı qoyBürhan bizimdir bu gecə

Bəzm-i şərab etmək gərəkCigər kabab etmək gərəkRəfʼ-i hicab etmək gərəkMehman bizimdir bu gecə

Gəldim dili-məhzun iləÇeşmi pür etdik xun iləCami-mey-i gülgun iləCanan bizimdir bu gecə

Yəhya, nə xoşdur bəzmimizGülzarə gəldik çünki bizBülbülləri söylətmiyozƏfğan bizimdir bu gecə

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Mey və meyxana