آوازهٔ رحیل شنیدم به صبح‌گاهبا شبروان دواسبه دویدم به صبح‌گاه

با بختیان همت و با پختگان دردراه هزار ساله بریدم به صبح‌گاه

رستم ز چار آخور سنگین روزگاردر هشت باغ عشق چریدم به صبح‌گاه

دیدم که گنج خانهٔ غیب است پیش رویپشت از برای نقب خمیدم به صبح‌گاه

کردم ز سنگ ریزهٔ ره توتیای چشمتا آنچه کس ندید بدیدم به صبح‌گاه

کشتم به باد سرد چراغ فلک چنانکبوی چراغ کشته شنیدم به صبح‌گاه

بسیار گرد پردهٔ خاصان برآمدمآخر درون پرده خزیدم به صبح‌گاه

هر شرب سرد کرده که دل چاشنی گرفتبا بانگ نوش نوش چشیدم به صبح‌گاه

خورشید خاک شد ز پی جرعه یافتنآن دم که جام جام کشیدم به صبح‌گاه

زان جام جم که تا خط بغداد داشتیبیش از هزار دجله مزیدم به صبح‌گاه

نتواند آفتاب رفو کردن آن لباسکاندر سماع عشق دریدم به صبح‌گاه

امروز سرخ روئی من دانی از چه خاستزان کاتش نیاز دمیدم به صبح‌گاه

خاقانی مسیح سخن را به نقد عمردوش از درخت باز خریدم به صبح‌گاه

Göç təblinin səsinə oyandım səhər-səhər,Keçdi gecə nə tez, deyə, yandım səhər-səhər.Dərdin ağrı yüküylə min illik yolu ötüb,Nə "uf' dedim, nə yolda dayandım səhər-səhər.Oldum xilas dərdü qəmindən bu aləmin,Eşqin bağında ruhumu sandım səhər-səhər.Gördüm ki, var önümdə səadət xəzinəsi,Nə qəflət eylədim, nə yubandım səhər-səhər.Söndürdüm ahım ilə fələklər çırağını,Sönmüş çırağın ətrini andım səhər-səhər.

Tökdüm gözümə yol qumunu tutiya kimi,Üz görməsin gözüm, - budur andım səhər-səhər.

Əhli-kamal pərdəsi dövründə çərx edib,Nə sirrdir o pərdədə qandım səhər-səhər.

Könlüm qədəh tutub, mənə səsləndi: "Nuş, nuş!'İçdimsə də, könüldən utandım səhər-səhər.

Xurşid məst oldu görüncə məni xumar,Xurşidi qucmağa mən uzandım səhər-səhər.

İynə batırma könlümə nahəqq yerə mənim,Naz ilə qəmzədən, bil, usandım səhər-səhər.

Yalnız demə ki, parçaladım mən libasımı,Eşqinlə qəlbdən yaralandım səhər-səhər.

Canımdakı hərarəti bilmə şərabdən,Yandırdığın o atəşə yandım səhər-səhər.

Xaqaniya! Sözün ölüyə can verər sənin,Sənsən Məsihi-əsr-inandım səhər-səhər.37.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana