Təngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.

Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,Olmuşam indi xəcil bu tutduğum əfsanədən.

Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,İmdi oldu aşikara sən verən peymanədən.

Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm,Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.

Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.

Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qılSöhbəti-əğyari, qəti-ülfət et biganədən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Mən ki namü nəngdən keçdim yolunda saqinin,Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana