Otaq fırlanır,Tavan fırlanır,Zaman fırlanır,Yaman fırlanır.DamarlarımdaAl qan fırlanır.Ayaq yorulmazVals... vals...Mənim başımdaDəli fikir tək,Yerin başınaFırlanır külək.Fırlanıram mən,Bu yer fırlanır.Ürəyimdə birŞeir fırlanırDeyir: məni yaz.Deyirəm: olmaz!Fırlanıram, valsVals... vals...Əldə piyaləm,Musiqi xoşdur.Yer də sərxoşdur.Göy də sərxoşdur.Fırlanır aləmSərxoş olub qəm.Fırlanıram mən.Ha bir də, bir də,Vals olan yerdə

Başsız da keçərAyaqsız olmaz,Fırlanıram, vals...Vals... vals...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana