Gələcəyik üz-üzə küçələrin birində,Sənin üzündə qırış, mənim saçlarımda dən.Bir soruşan da olmaz donub qalmışıq nədən.Adamlar gələr, gedər, kimi vədə gözləyər...Gözləyənə nə var ki, lap küçədə gözləyər.Bizim rəngimiz qaçar gözlənilməz görüşdən.Ayaqlar öz işində, onlar bənzər zamana.Çəkib aparar bizim hərəmizi bir yana.Sənin üzündə qırış, mənim saçlarımda dən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri