Xoş gördük
Səni gördüm, üzüm güldü, xoş gördük,Səni gördüm, xoşbəxt oldum bu axşam.Yüngülləşdi çiynimdəki ağır yükSönüb getmiş gözlərimdə yandı şam.
Bayram oldu ürəyimdə, evimdəSəni gördüm, yollar əlvan geyindi.Nağıllardan qaçıb gəlmiş divin dəQarşısında çəkinmərəm mən indi.
Səni gördüm, dünya tamam dəyişdiƏdalət var, səxavət var dünyada.Səni gördüm, ürəyimə od düşdüMəhəbbət var, məhəbbət var dünyada.
Səni gördüm, göyə baxdım, güldü göy,Çölə baxdım, çiçək açdı dağ, dərə.Doğmam mənim, sənin üçün mən ögeyHərdən görün, zülm eləmə çöllərə.
Səni gördüm bahar gəldi cahanaSəni gördüm dünya əlvan boyandı.Əfsanələr dirildi, gəldi canaLeyli-Məcnun yuxusundan oyandı.
Leyli gördüm mən bu gün bu ölkədəYaxa cırdım, sinə gərdim bu dağa.Mən Məcnundan bərk sevirəm bəlkə dəVaxtım yoxdu mənim dəli olmağa.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-xos-gorduk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıÖylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız